EN

Bayden Paşinyanı yeni tələyə salır

Bakı. Trend:

Bu gün axşam saatlarında Vaşinqtonda ABŞ və Ermənistan arasındastrateji tərəfdaşlıq barədə saziş imzalanacaq. Sənədi BirləşmişŞtatların dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlərnaziri Ararat Mirzoyan imzalayacaqlar.

Xatırladaq ki, ötən ilin iyununda Ermənistan-Amerika stratejidialoqunun iclasının yekunları əsasında iki ölkənin hökumətləriikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinəyüksəltmək niyyətində olduqlarını ifadə edən birgə bəyanat qəbuletdilər.

İrəvan və Vaşinqtonun imzalayacağı strateji tərəfdaşlıqmüqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli stratejimüttəfiqlik münasibətlərini nəzərdə tutmur.

ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbiyardım göstərmir, silah-sursat satmır və ya silahla təmin etmir. Buformat Ermənistanda Amerika hərbi bazasının və ya hərbinümayəndələrin yerləşdirilməsini nəzərdə tutmur.

2009-cu ildə ABŞ və Gürcüstan arasında da belə bir sənədimzalanmışdı.

Təhlükəsizlik sahəsində saziş hərbi əlaqələr, məsləhətproqramları çərçivəsində yardımı, hərbi təhsil və beynəlxalq təhsilproqramlarında iştirakı, həmçinin Kanzas Milli Qvardiyası iləçoxillik əməkdaşlığın davam etdirilməsini nəzərdə tutur.

Saziş çərçivəsində ABŞ iqtisadiyyat və islahatlar, sosiallayihələr və insan hüquqları sahəsində maliyyə yardımı ayıracaq.Sənəd enerji sahəsində əməkdaşlığı da əhatə edir - söhbət çox gümanki, Ermənistanda ABŞ-nin kiçik atom elektrik stansiyalarınıntikilməsindən gedəcək.

Əsas məsələlərdən biri də ABŞ-nin yeni seçilmiş prezidentiDonald Trampın administrasiyası dövründə sazişin həyatakeçirilməsinin davam etdirilib-etdirilməyəcəyi ilə bağlıdır.

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanbeynəlxalq nizamın qeyri-sabitliyindən məharətlə istifadə etməyəçalışır. Donald Trampın prezident seçkilərində qələbəsindən sonraABŞ-nin regiondakı gözləntilərinin dəyişə biləcəyi ehtimaledilir.

Paşinyan tarixi bir məqamı hiss edərək, Vaşinqtonla əlaqələrimöhkəmləndirmək üçün səylərini artırmağa çalışır. 2024-cü ilinaprelin 5-də Brüsseldə imzalanan strateji tərəfdaşlıq sazişi buprosesin kulminasiyası oldu və Ermənistan üçün yeni imkanlaryaratdı.

Vaşinqton isə bu ittifaqı daha geniş strategiyanın bir hissəsikimi görür: Cənubi Qafqazda təsirini gücləndirmək, Moskva vəTehranı zəiflətmək, həmçinin, Azərbaycanın və Türkiyənin artangücünə maneə ola biləcək ittifaq formalaşdırmaq. ABŞ sadəcə buregionda möhkəmlənmək istəmir - amerikalılar üstünlük qazanmağaçalışır. Bu, ehtiyatlı yanaşma deyil, mövcud güc balansınıdağıtmağa hazır, israrlı bir nüfuz strategiyasıdır.

Strateji tərəfdaşlıq sənədi siyasi addımdan daha artıqdır.Məzkur sənəd rəsmi Bakının əvvəllər bəhs etdiyi“Gürcüstan-Ermənistan geosiyasi xətti” konsepsiyasının həyatakeçirilməsini göstərən simvolik bir addım sayılmalıdır. Vaşinqtonüçün həmin xətt Qərbin təsirini gücləndirmək üçün körpü, Ermənistanüçün isə yeni təhlükələr qarşısında dəstək təmin edən xilasedicidairədir.

Gürcüstanın Qərblə mürəkkəb münasibətləri bu prosesi müvəqqətiolaraq ləngidir. Ermənistan isə əksinə, ABŞ və Aİ-nin dəstəyindənfəal şəkildə istifadə edərək Rusiyanın təsirindən çıxmağaçalışır.

Fəqət bəhs etdiyimiz “xətt” zəif nöqtələrdən azad deyil. Qərbinsadiq müttəfiqi kimi tanınan Gürcüstan daxili problemlər səbəbindənciddi təzyiqlərlə üzləşir. İslahatlardakı gecikmələr, siyasiböhranlar və Vaşinqtonla münasibətlərdəki soyuqluq onun regionalssenarilərdəki rolunu təhlükə altına qoyur. Ermənistan isə kursunuguya dəyişmədiyini göstərməkdədir. Nikol Paşinyan ABŞ-ın dəstəyinəgüvənərək təkcə ölkə daxilində mövqelərini möhkəmləndirmir, həm dəbeynəlxalq əməkdaşlıq üçün yeni üfüqlər açır.

Vaşinqtonla İrəvan arasında starteji tərəfdaşlıqla bağlıanlaşmanın imzalanması Bayden administrasiyasının geosiyasi tarixdəiz buraxmaq istəyinin bir hissəsidir. Ki, bu addım Donald Trampınyeni administrasiyasının Ermənistan qarşısında öhdəliklərlə bağlıvəziyyətini çətinləşdirmək məqsədi güdür.

Di gəl, Tramp demokratların qaydalarına uyğun oynamağahazırdırmı? Keçmiş səhvlərə qarşı sərt tənqidləri ilə tanınanABŞ-nin yeni prezidenti bu kursu dəyişdirmədən saxlamaq çətingörünür.

Azərbaycan artıq bu vəziyyətə hazırdır. Ermənistanın qərbyönümlükursunun neytrallaşdırılması və ABŞ-nin yeni administrasiyası ilədialoq qurulması Bakı üçün tarazlığı qorumağın əsas addımlarıolacaq. Trampın praqmatizmi ilə tanınması Azərbaycanın regiondadaha balanslı bir siyasətə ehtiyac olduğunu izah etmək üçün birşansdır.

Cənubi Qafqaz dəyişiklik dövrünü yaşayır. Ermənistan, daxiliproblemlərinə və çağırışlara baxmayaraq, böyük bir Amerikalayihəsinin bir hissəsi olmaq istəyir. ABŞ, İrəvandan istifadəedərək, rəqiblərinə qarşı yeni strategiya hazırlayır.

Ermənistan və ABŞ-nin yeni geosiyasi reallığın diktə etdiyiqiyməti ödəməyə hazırdırlarmı? Bu suala verilən cavab, regionungələcəyini uzun illər boyu müəyyən edəcək.

ABŞ ilə əlaqələri möhkəmləndirmək istəyinə baxmayaraq,Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Gömrük İttifaqı kimistrukturlarda üzv olaraq qalır. Bu mövqe onun Qərb üçün etibarlıtərəfdaş imicini zəiflədir və Nikol Paşinyanın real prioritetləribarədə ABŞ siyasətçilərində şübhə yaradır.

Vaşinqton üçün Ermənistanın KTMT və Aİİ-dəki üzvlüyü sadəcəformal bir vəziyyət deyil, Moskvanın təsirinə bağlılıq siqnalıdır.Bu, ABŞ-ni dilemmanın qarşısında qoyur: Moskva ilə sıx əlaqələriolan bir ölkəni dəstəkləmək, yoxsa İrəvandan daha qəti addımlartələb etmək? Paşinyanın KTMT-dən çıxışı ABŞ-yə sadiqliyin güclünümayişi ola bilərdi. Lakin bu addım ciddi iqtisadi risklərdoğurur: Rusiya KTMT üzvlüyünü Aİİ çərçivəsində iqtisadiüstünlüklərə çıxışla əlaqələndirir. Ermənistan bu əlaqəni kəsməyəqərar verərsə, bu, Moskvanın güclü iqtisadi təzyiqinə səbəbolacaq.

Vaşinqtonun nöqteyi-nəzərindən Ermənistana dəstək yalnız təsirnümayişi deyil, həm də regionda mövqeləri gücləndirmək cəhdidir.Lakin bu siyasətin nə qədər əsaslı olduğunu sual etmək olar.Ermənistan KTMT-də qalmaqla Rusiyayla münasibətlərdən yararlanmağadavam edir ki, bu da ABŞ-nin strategiyasına ziddir. Paşinyan üçünABŞ ilə imzalanan saziş yalnız xarici siyasət addımı deyil, həm dədaxili legitimləşmə vasitəsidir. O, Qərbin dəstəyindən ölkədaxilində mövqelərini möhkəmləndirmək və potensial növbədənkənarparlament seçkiləri keçirmək üçün kozır kimi istifadə edir.

ABŞ ilə Ermənistan arasında sazişin imzalanması Moskva üçünciddi çağırış oldu. Ermənistan kimi müttəfiqin itirilməsi RusiyanınCənubi Qafqazdakı mövqelərinə zərbə vuracaq. Ermənistan həqiqətənKTMT-dən çıxarsa, bu, təşkilatın nüfuzuna ciddi zərbə vuracaq vəMoskva İrəvanla iqtisadi və siyasi münasibətlərini yenidən nəzərdənkeçirməli olacaq. Rusiyanın Ermənistana qarşı hərbi təzyiqigücləndirməsi real ssenari kimi görünür - xüsusilə müttəfiqlərininQərbə yaxınlaşmasına sərt reaksiya göstərdiyi nəzərə alınsa.

Eyni zamanda, İran ABŞ-Ermənistan münasibətlərinin güclənməsiniöz təhlükəsizliyi üçün təhdid kimi görür. ABŞ-ın regiondakıtəsirini genişləndirməsi Tehran tərəfindən qarşısının alınmasıvacib bir strategiya kimi qəbul edilir. Buna cavab olaraq İran,Ermənistan və onun Qərb müttəfiqlərinə qarşı balans yaratmaq üçünRusiya və Azərbaycanla əməkdaşlığını gücləndirə bilər.

Donald Tramp administrasiyası praqmatizmi ilə tanınan biriqtidar kimi Baydenin regiondakı siyasətinə yenidən baxa bilər.Bakı, təbii ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəetibarlı tərəfdaş və Cənubi Qafqazda sabitliyin təminatçısı kimistrateji roluna diqqət çəkəcək. Çünki Baydenin Ermənistanaünvanladığı aşkar və birtərəfli dəstəyi güc balansını pozur vəregional sabitliyə əlavə risklər yaradır.

Təbii ki, sənədin imzalanması ABŞ-nin bölgədəki rolunugücləndirir – bir vaxtlar yalnız Rusiyanın təsir dairəsi hesabolunan Cənubi Qafqazda yeni strateji mövqelər formalaşdırılır. Ammayeni konfiqurasiya həm Moskva, həm də Tehran üçün ciddi narahatlıqdoğurur: İran sərhədində ABŞ-ın maraqlarını müdafiə edən yeni birmövqenin yaranması regional gərginliyi artırır.

Ermənistan və Qazaxıstan kimi ölkələr Avrasiya İqtisadi İttifaqı(Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimistrukturlarda üzv qalmaqla yanaşı, eyni zamanda Qərblə əlaqələridərinləşdirirlər. Bu yanaşma onların Rusiya üçün etibarlı müttəfiqkimi nüfuzunu kölgə altına salır və bu ölkələrin uzunmüddətliiqtisadi üstünlüklərdən imtina edərək qısamüddətli siyasi qazancəldə etməyə hazır olub-olmadığını sual altına qoyur.

ABŞ ilə Ermənistan arasında imzalanacaq saziş Azərbaycanınstrateji prioritetlərini yenidən gözdən keçirmək zərurəti yaradır.Vaşinqton Ermənistan qarşısında öhdəliklərini artırır ki, bu daBakı ilə yeni ABŞ administrasiyası arasında dialoqu çətinləşdirəbilər. Əsas sual isə budur: Qərb Ermənistandan KTMT-dən çıxmağı vəRusiya ilə strateji əlaqələrə son qoymağı tələb edəcəkmi? Beləaddımlar olmadan Ermənistanın ABŞ gözündəki mövqeyi qeyri-müəyyənqalır.

İran isə öz şimal sərhədlərində ABŞ-nin strateji tərəfdaşınınmeydana çıxmasını öz təhlükəsizliyi üçün təhdid hesab edir. Buvəziyyət Tehranı Ermənistanı və onun Qərb müttəfiqlərinibalanslaşdırmaq üçün Rusiya və Azərbaycanla əməkdaşlığınıgücləndirməyə vadar edə bilər.

Proaktiv diplomatiya, müttəfiqlərlə əlaqələrin gücləndirilməsivə geosiyasi dəyişikliklərdən səmərəli istifadə Bakiya gücbalansını qorumağa, sabitliyi təmin etməyə və regionun yenikonfiqurasiyasında açar oyunçuya çevrilməyə imkan verəcək.

Chosen
19
50
az.trend.az

10Sources