Ağırlıqqaldırma üzrə beynəlxalq idman ustası Vladimir Feşşenko Moskvanın mərkəzində ölü tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Rusiya Federasiyasının çempionu Vladimir Feşşenko Moskvanın mərkəzində Olxovaya küçəsində öldürülüb ", - agentliyin həmsöhbəti qeyd edib.
Bildirilir ki, mərhumun bədənindən və başından güllələnib. Qətli törədən şəxs saxlanılıb və hadisə ilə bağlı cinayət işi açılıb.
Feşşenko beynəlxalq idman ustası və ağırlıqqaldırma üzrə Rusiya Federasiyasının çempionu olub.
Gülayə Mecid