Naftalan şəhər İcra Hakimiyyəti ilə torpaq üstündə mübahisə yaşayan sakin icra hakimiyyətini məhkəməyə verib.
XALQ.AZ xəbər verir ki, Naftalan İH-lə bağlı iddianı rayon sakini Baxşəliyeva İntizar Məmməd qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdir. Tərəflər torpaq münasibətləri üzrə mübahisə yaşayır.
İcra hakimiyyəti ilə bağlı işə 7 fevral tarixində Gəncə İnzibati Məhkəməsində baxılacaq. Iş hakim Rühiyə Tağıyevanın icraatındadır.
Qeyd edək ki, rayon sakini tərəfindən məhkəməyə verilən naftalan icra hakimiyyətinin başçısı Vüqar Novruzov Vahid oğludur.Tribunainfo.az
Tərəfləri dinləməyə hazırıq.