EN

Lavrov Rusiya ilə Ermənistan arasındakı münasibətləri mürəkkəb adlandırıb

Rusiya-Ermənistan münasibətləri hazırda mürəkkəbdir, lakin dialoq davam edir. Oxuməni.az-ın “AiF.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov yekun mətbuat konfransında deyib.

Bundan əvvəl Ermənistan hökuməti respublikanın Aİ-yə daxil olması prosesinə başlamaq üçün parlamentdə baxılacaq qanunvericilik təşəbbüsünü dəstəkləyib.

Lavrov Rusiya baş nazirinin müavini Aleksey Overçukun Aİİ və Aİ-nin uyğunsuzluğu barədə bəyanatını xatırladıb. “Bunlar iki fərqli azad ticarət zonası, rüsum və tariflərin azaldılması və ya ləğvi üçün iki fərqli sistem olduğuna görə üst-üstə düşmür”, - nazir vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Rusiyaya dəvət olunub və onun səfəri yaxın vaxtlarda baş tuta bilər.

Lavrovun sözlərinə görə, rəsmi səviyyədə Moskva ilə İrəvan arasında münasibətlər sadə deyil, lakin Rusiya kiminlə əməkdaşlıq etməli olduğu Ermənistana diktə etmir və ABŞ-la razılaşma ilə bağlı qərarı suverendir.

Mirzoyan və ABŞ-ın dövlət katibi Entoni Blinkenin yanvarın 14-də dövlətlərin strateji tərəfdaşlığına dair sənəd imzalayacağı daha əvvəl bildirilmişdi.

Almaz Həsənli

Chosen
6
oxumeni.az

1Sources