EN

"Paşinyan istefa verəcək"

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Ovik Aqazaryan ölkənin Baş naziri Nikol Paşinyan yaxın aylarda istefa verəcəyi iddiasını səsləndirib. O, bunun Ermənistanda növbədənkənar seçkilər keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib.

Aqazaryan ötən ilin axırınadək hakim komandaya daxil olub. Erməni mətbuatının yazdığına görə, bu səbəbdən o, yuxarı dairələrdə baş verənlərdən xəbərdardır. Aqazaryanın fikrincə, xarici siyasətdə baş verən hadisələrin yaratdığı şəraitdə növbədənkənar seçkilər hakimiyyətin maraqlarına cavab verir. Deputatın sözlərinə görə, indi Paşinyanın etimad mandatını almaq və öz planlarını reallaşdırmaq imkanları daha böyükdür. Aqazaryan deyib: "Növbədənkənar seçkilərin keçirilməsi üçün başqa səbəblər də var". Deputat həmin səbəblərin nə olduğunu söyləməyib.

Hürr Tərcüman

 

Chosen
8
hurriyyet.az

1Sources