Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasına münasibət bildirib.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, siyasətçi bu barədə mətbuat konfransında çıxışı zamanı məlumat verib.
Lavrov Moskva və Bakının istənilən məsələləri həll edə biləcəyini, buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulmasını, Azərbaycan təyyarəsinin qəzaya uğramasını göstərib.
Siyasətçi jurnalistləri AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın nəticələrini gözləməyə və faciə haqqında məlumat yaymamağa çağırıb.
Daşqın HəsənovMissiya.Az