Olaylar.az xəbər verir ki, bu açıqlama 2024-cü il diplomatik fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında səslənib.
Mətbuat konfransı zamanı ərəb mediasını təmsil edən bir jurnalist qeyd edib ki, Rusiyanın Yaxın Şərqdən çəkilməsi fonunda ABŞ-nin dominantlıq edəcəyi bir təkqütblü dünya formalaşa bilər. Jurnalist vurğulayıb ki, bu vəziyyət həmişə çoxqütblü dünyanı müdafiə edən Rusiya siyasətinin prinsiplərinə ziddir.
"Lakin sizin jurnalistika məktəbiniz belədir - əvvəlcə iki iddia səsləndirirsiniz. Rusiya Yaxın Şərqi tərk edib - bu artıq müzakirə olunmur. Daha sonra deyirsiniz ki, hər şeyə ABŞ rəhbərlik edir. Sonra isə soruşursunuz: necə olsun? Mən nə birinci, nə də ikinci iddia ilə razıyam. Biz Yaxın Şərqi tərk etmirik," - deyə Lavrov cavab verib.
Bundan əvvəl Lavrov bəyan etmişdi ki, Qərb ölkələri ədalətli rəqabətdən qaçaraq təhlükəli bir yolda irəliləyirlər. O vurğulamışdı ki, dünya əksəriyyətini təşkil edən ölkələr arasında Qərbin güclü rəqibləri meydana çıxır və bu dövlətlər müxtəlif sahələrdə ədalətli rəqabətə hazırdırlar.