EN

26 nəfərə qarşı dələduzluq edən "general"ın cinayət işi üzrə iclas başlayıb

26 nəfərə MİDA-nın mənzillərinin satmaq adı ilə dələduzluq edən "general"ın növbəti məhkəmə prosesi keçirilib.

Məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (kimi miqdarda dəlduqlu etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mirdaməd Əzizovun məhkəmə prosesində zərərərçəkən və şahidlər dindirilib. İlk olaraq zərərçəkən Hüseynova Arzu Fazil qızı ifadə verərək bildirib ki, Mirdaməd Əzizov onun qonşusu olub: "Bilirdim ki, MİDA- da mənzil işinə baxır. 4 otaqlı mənzil üçün 30 min manat ödəmişəm, 2023-cü ilin noyabr, dekabr aylarında 2 dəfəyə vermişəm. Yeganə sənəd olaraq şəxsiyyət vəsiqəmi almışdı. Dəymiş ziyandan heç nə ödənilməyib. 

Şahid qismində Novruz Verdiyev danışıb. Onun sözlərinə görə, Mirdamədi ziyalı bir insan kimi tanıyıb: "Mən tanışlarıma demişəm ki, Mirdaməd ev işinə baxır. Mən 3 nəfər şəxsdən 46 min manat pul alıb Mirdamədə vermişəm. Özüm əvvəl bankda çalışmışam. Mirdaməd "Qafqaz-media" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri idi, oradan tanımışam, tədbirlərdə iştirak edən zaman. 
Digər şahid QHT sədri, millət vəkilliyinə namizəd Xalid Mirzəyev Mirdaməd Əzizovu özünü nəşriyyatda general kimi təqdim etdiyini eşidib. Mənzil almaqla bağlı 3 şəxsdən pul alıb inanıb, güvənib vermişəm Mirdamədə. Hər üç şəxslə biryerdə Mirdamədlə görüşmüşük.

Chosen
10
6
mia.az

7Sources