“Barselona”nın futbolçusu İniqo Martinesin durumuna aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, İspaniya klubunun mətbuat xidməti 33 yaşlı müdafiəçinin meydana qayıdacağı vaxtı açıqlayıb.
O, Superkubokun “Real”la final oyununun (5:2) 27-ci dəqiqəsində xəsarət aldığı üçün əvəzlənib. İniqo zədə səbəbindən 4 həftə buraxmalı olacaq.
Qeyd edək ki, Martines cari mövsümdə La Liqada 18 oyun keçirib.
İdman.biz