EN

İran səfiri Tehran və Moskva arasında tərəfdaşlıq sazişinin müddətini açıqlayıb

Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş 20 il müddətinə bağlanır. 

NOCOMMENT.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

Saziş imzalandıqdan sonra İran parlamenti tərəfindən ratifikasiya edilməlidir.

İran diplomatik missiyasının rəhbərinin sözlərinə görə, saziş İslam Respublikası parlamenti tərəfindən ratifikasiya olunduqdan sonra 20 il müddətində qüvvədə olacaq. Bununla belə, Cəlali müqavilənin avtomatik uzadılıb-uzadılmayacağını dəqiqləşdirməyib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasına böyük əhəmiyyət verir. O, həmçinin qeyd edib ki, saziş imzalandıqdan sonra Kremldə İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparılacaq.

Chosen
12
nocomment.az

1Sources