EN

Ronaldodan gələcəyi ilə bağlı vacib qərar

Mövsümün sonunda "Əl-Nəsr"lə müqaviləsi başa çatan Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı təmsilçisini tərk etməyəcək. Bu barədə ərəb mediası məlumat yayıb.

Ronaldo "Əl-Nəsr"lə müqaviləsinin müddətini 1 il uzadacaq. 40 yaşlı hücumçu yeni sözləşmə ilə bağlı klubla razılıq əldə edib.Təcrübəli oyunçu illik 200 milyon avro maaş alacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvar ayından "Əl-Nəsr"də çıxış edir. O, komandanın heyətində keçirdiyi 84 rəsmi matçda 75 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
19
sportal.az

1Sources