EN

“Beşiktaş”ın sabiq qapıçısı “Şalke”yə keçdi – RƏSMİ

“Liverpul”un  sabiq qapıçısı Lorius Karius “Şalke” ilə anlaşıb. Msport.az xəbər verir ki, müqavilə cari mövsümün sonuna kimi nəzərdə tutulub.

31 yaşlı qolkiper 2024-cü ilin iyulundan azad agent idi. Almaniyalı futbolçunun son klubu “Nyukasl” olmuşdu. O, “sağsağanlar”ın heyətində cəmi 2 oyun keçirmişdi.

Karius əvvəllər “Maynts”, “Beşiktaş” və “Union”da da çıxış edib. “Şalke” hazırda II Bundesliqada 13-cü yeri tutur.

Chosen
4
msport.az

1Sources