EN

İsrailin hücumları nəticəsində 1 gündə 53 fələstinli öldü

İsrailin səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 53 fələstinlinin həyatını itirdiyi bildirilib.

Turkustan.az xəbər verir ki, AA-nın bölgə müxbirinin səhiyyə mənbələrindən əldə etdiyi məlumata görə, İsrail ordusu gün ərzində Qəzza zolağının bir çox bölgəsinə qarşı hava hücumlarını artırıb.

Qəzzanın şimalındakı bir çox nöqtədə toplanan vətəndaşları, eləcə də köçkün mülki şəxslərin sığındığı məktəbi hədəf alan hücumlar olub.

İsrailin döyüş təyyarələri və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücumlarda həyatını itirən 53 fələstinlinin cənazələri xəstəxanalara çatdırılıb.

İsrailin sıx hücumları zamanı yaralananların çoxunun aparıldığı şimaldakı Ehli Baptist Xəstəxanasında yer qalmadığı üçün xəstəxananın həyətində yaralıların müalicəsi üçün cəhdlər edilib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
20
turkustan.az

1Sources