EN

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın yanvarın 8-də keçirilən iclasının protokolu təsdiq edilib.

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Mərkəzi Seçki Komissiyası 68 saylı Sabirabad – Şirvan, 72 saylı Cəlilabad kənd, 86 saylı Ağcabədi və 118 saylı Ağdam – Xocalı seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsinə qərar verib.

İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, media mənsublarının və maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş vəzifə və səlahiyyətlərə malik qurumlarla sıx əməkdaşlıq çərçivəsində intensiv şəkildə davam etdirilən və nəzərdə tutulan maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verilib və cari məsələlərə baxılıb.

 

Chosen
15
7
azertag.az

8Sources