EN

Göygöldə məktəblinin bıcaqlanması ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB

Göygöl rayonu Mollacəlilli kənd tam orta məktəbin 9-cu sinif şagirdi həmin məktəbin digər 9-cu sinif şagirdinə məktəbdənkənar ərazidə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
 
"Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Həmin şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik", - deyə məlumatda qeyd olunur.
 
17:21
 
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, rayon sakini 2009-cu il təvəllüdlü Ə.M ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən sıyrığı ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
 
Məlumata görə, Ə.M. sinif yoldaşı tərəfindən bıçaqlanıb.
 
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
 
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Ə. Teymurov saxlanılıb.
 
Qeyd edək ki hadisə məktəbdən kənarda baş verib.
 
Chosen
3
2
moderator.az

10Sources