EN

İsrail-Həmas xəttində danışıqlar gedir: Qəzzada atəşkəs yaxındır

Qəzzada müharibəyə son qoymaq üçün Həmas ilə İsrail arasında hazırlanan atəşkəslə bağlı açıqlama verilib.

Turkustan.az xəbər verir ki, Həmas atəşkəs danışıqlarının son mərhələsinə çatdıqlarını bildirsə də, İsrail danışıqların kritik mərhələyə keçdiyini, lakin hələ də həllini gözləyən məsələlərin olduğunu bildirib.

7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən Həmas-İsrail qarşıdurmalarında uzun müddətdir müzakirə olunan atəşkəs layihəsi həyata keçirilmək üzrədir.

HƏMAS rəsmisi atəşkəs danışıqları ilə bağlı açıqlamasında Qəzzada atəşkəs danışıqlarının son mərhələsinə çatdığını və danışıqların bu mərhələsinin aydın və əhatəli razılaşma ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

Reuters agentliyinə danışan İsrail rəsmisi Qəzzada atəşkəs razılaşması üçün danışıqların kritik mərhələyə çatdığını və razılaşmanın yaxınlaşdığını, lakin bəzi məsələlərin hələ də həll edilməli olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
17
turkustan.az

1Sources