EN

İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib

\"Persopolis” animasiya filmi ilə məşhurluq qazanan iranlı rejissor Marcanə Satrapi Fransanın \"Fəxri legion” ordenindən imtina edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə rejissor sosial media hesabında paylaşım edib.

Fransanın mədəniyyət nazirinə ünvanladığı məktubda Satrapi, bu ayın sonlarında keçirilməsi planlaşdırılan mərasimdə dövlət mükafatını qəbul etməyəcəyini bildirib.

O, imtinasının səbəbi kimi İrandakı insan haqları ilə bağlı məsələlərə Fransanın göz yumması, ikili standartlarla davranmasını əsas gətirib.
Chosen
7
6
azxeber.com

7Sources