EN

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüşün vaxtı açıqlanıb

Rusiya, Azərbaycan və İran arasında nəqliyyat sahəsində üçtərəfli görüş yanvarın 28-də baş tutacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Farzan Sadiqlə Rusiyanın nəqliyyat naziri Roman Starovoit arasında videoformatda baş tutan danışıq zamanı bildirilib.

 

Görüşün yeri və hansı səviyyədə keçiriləcəyi barədə məlumat verilməyib.

 

Söhbət zamanı nazirlər Rəşt-Astara dəmir yolunun tikintisi üzrə texniki-icra işlərini də müzakirə ediblər.

 

Həmçinin, 2025-ci il üçün "yol xəritəsi" və Xəzər dənizinin şərq hissəsindən istifadə üzrə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
6
16
sfera.az

10Sources