EN

"Neftçi" yaponiyalı futbolçunu transfer etdi


"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.

Bakupost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək. 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.

Chosen
7
36
bakupost.az

10Sources