EN

Bir gündə 11 nəfər saxta spirtli içkidən vəfat edib



İstanbulda son 24 saat ərzində 11 nəfər saxta spirtli içkidən dünyasını dəyişib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, spirtli içkidən dünyasını dəyişənlərdən 3 nəfəri Türkmənistan vətəndaşıdır.

Ümumiyyətlə, 2024-cü ilin əvvəlindən indiyədək 50-dən çox insan saxta spirtli içkilərdən dünyasını dəyişib.

Qeyd edək ki, İstanbul valiliyi saxta spirtli içki istehsalçılarına qarşı tədbirləri gücləndirib. Tədbirlərə əsasən, qanunsuz və ya saxta spirtli içkilər satan və nəticədə ölümlə nəticələnən, nazirlik sertifikatı olmayan, spirtli içkilərin satıldığı ərazidən kənarda açıq şəkildə satışını həyata keçirən müəssisələrin fəaliyyət, eləcə də fəaliyyət lisenziyaları ləğv ediləcək.

Anar Əliyev
Chosen
12
newscenter.az

1Sources