Avropa İttifaqı (Aİ) ilə Türkiyə arasında 6 ildən sonra yüksək səviyyəli iqtisadi dialoq görüşünün keçirilməsi planlaşdırılır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüşdə hər iki tərəfin yüksək rəsmiləri iştirak edəcək.
Türkiyə-Avropa İttifaqı Yüksək Səviyyəli İqtisadi Dialoq Toplantısı sonuncu dəfə 28 fevral 2019-cu ildə İstanbulda keçirilib.
AB Komissiyasının sədri Ursula fon der Leyen ikinci müddətinin ilk xarici səfərlərindən birini dekabrın 17-də Türkiyəyə edib və prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Mehman Mehdiyev