EN

Çin ABŞ-a qarşı sanksiyalar siyahısını genişləndirdi

Çinin Ticarət Nazirliyi Tayvana silah satdığına görə ABŞ-nin yeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə edib.

Paralel.az ” xəbər verir ki, bu barədə qurumun bəyanatında deyilir.

“Çinin kəskin etirazına baxmayaraq, yeddi Amerika şirkəti Tayvana silah satışında iştirak edib və belə desək, hərbi-texniki əməkdaşlığı davam etdirib və bununla da Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi ziyan vurub”, - nazirlikdən qeyd edilib.

Vurğulanır ki, sanksiya siyahısına “Inter-Coastal Electronics”, “System Studies & Simulation”, “IronMountain Solutions”, “Applied Technologies Group”, “Axient”, “Anduril Industries” və “Maritime Tactical Systems” şirkətləri daxil edilib.

Chosen
6
18
paralel.az

10Sources