EN

"Yer planetini çətin sınaqlar gözləyir" - alimlərdən qorxulu proqnoz

"Bu çətin günləri daha rahat keçirmək üçün mütəxəssislər nə tövsiyə edir?.."
 
ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli İdarəsi (NASA) Günəşin perimetri boyunca dörddə birini əhatə edən nəhəng tac dəliyini qeydə alıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bryan Blake" jurnalında dərc edilən məqalədə deyilir. Məlumatı "topwar.ru" nəşri yayıb.
 
"Bu, adi bir Günəş hadisəsi deyil. Söhbət Günəşin çevrəsini əhatə edən və kosmik şlanq kimi Yer istiqamətinə Günəş küləklərini atan qaranlıq bir boşluqdan gedir", -  məqalədə deyilir.
 
Alimlərin sözlərinə görə, bu dəlik Günəş ətrafının təxminən 25 faizini əhatə edir və xüsusi bir mövqedə yerləşir, beləliklə, yüklənmiş hissəciklər birbaşa Yerə yönəlir.
 
Bu dəlikdən çıxan Günəş küləklərinin sürəti 700 km/san-dən çoxdur ki, bu da adi 400–500 km/saniyə sürətindən xeyli yüksəkdir. Hissəciklər Yerə iki gündən bir az çox müddətə çatır.
 
Bu tac dəliyin forması mürəkkəbdir, qaranlıq sahələr parlaq sahələrlə növbələşir. Buna görə də küləyin sürəti kəskin şəkildə dəyişə bilər və Yerin maqnit sahəsini silkələyə bilər.
 
Tac dəliklərdən çıxan güclü Günəş küləkləri səbəbindən Yer üzərində maqnit qasırğalarının sayının əhəmiyyətli dərəcədə artması gözlənilir. GPS, peyk televiziyası və radiosiqnallarında nasazlıqların yaranması ehtimalı var. Aşağı enliklərdə möhtəşəm qütb parıltıları müşahidə edilə bilər.
 
"Tac dəliklər Günəşin maqnit sahəsinin kosmosa açıldığı sahələrdir ki, bu da Günəş küləklərinin daha asan çıxmasına imkan verir. Bunu belə təsəvvür edin: buxar tənzimləyicisinin qapağını götürsəniz, buxar kiçik bir dəlikdən çıxdığından daha sürətli çıxar", - məqalədə deyilir. 
 
Həkimlər bildirir ki, Yer əhalisinin yalnız 10 faizi meteohəssas və ya meteoasılıdır. Lakin güclü maqnit qasırğaları zamanı sağlam insanlar və uşaqlarda belə narahatlıq və davranış dəyişiklikləri müşahidə edilə bilər.
 
Bu çətin günləri daha rahat keçirmək və narahatlıqları azaltmaq üçün mütəxəssislər aşağıdakıları tövsiyə edirlər:
 
1. Əvvəlcədən hazırlıqlı olun: maqnit qasırğalarından əvvəl və onların təsiri zamanı yaxşı yatmaq, daha çox dincəlmək və təmiz havada gəzmək lazımdır. Ağır və monoton işlərdən, həmçinin gərgin vəziyyətlərdən və münaqişələrdən uzaq durun.
 
2. Su balansını qoruyun: qazsız su içmək, yağlı, ədviyyatlı, qızardılmış və duzlu qidalardan, həmçinin alkoqoldan uzaq durmaq tövsiyə edilir. Orqanizmi yormayan yüngül və sağlam qidalar qəbul edin.
 
3. Xroniki xəstəlikləri nəzarətdə saxlayın: xüsusilə ürək-damar sistemi xəstəliklərini diqqətdə saxlayın. Çobanyastığı, melissa və nanə kimi bitki çayları vəziyyəti yüngülləşdirə bilər.
Chosen
8
moderator.az

1Sources