Bakı. Trend:
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Navaf Salam yanvarın 14-dəistefa verib.
Trend xəbər verirki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci ilfevralın 5-də başa çatacaq. Salamın varisi daha sonra BMT BaşAssambleyası və Təhlükəsizlik Şurası tərəfindən seçiləcək, məhkəməqeyd edib. Yeni hakimin səlahiyyət müddəti də 2027-ci ilinfevralında başa çatacaq.
Bundan əvvəl Livan prezidenti Cozef Aun Salamı respublikanın başnaziri təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb. Salamparlamentin 128 deputatından 85-nin dəstəyini, onun rəqibi, başnazir səlahiyyətlərini icra edən Nəcib Mikati isə cəmi 9 səstoplayıb.
Qeyd edək ki, Navaf Salam Beynəlxalq Ədalət Məhkəməsinin sədrivəzifəsində 2022-ci ildən fəaliyyət göstərirdi. O, müxtəlifbeynəlxalq hüquqi məsələlərdə qərəzsiz qərarları ilə tanınıb.Salamın istefasından sonra məhkəmədə onun yerinə təyinat prosesinəbaşlanacaq.