EN

Nə Samsung, nə də Apple - 2024-ün markası

Counterpoint Research-ün hesabatına əsasən, mobil telefon bazarı 2023-cü ildə son on ilin ən böyük satış azalmasını yaşasa da, 2024-cü ildə yenidən canlanma müşahidə edilib. Samsung və Apple, bazarın liderləri olaraq mövqelərini qorumağı bacarıb. Hər iki markanın satışları sabit qalsa da, 2024-cü ildə dünyada ən çox böyüyən marka Xiaomi olub.

Milli.Az bildirir ki, Xiaomi 2023-cü illə müqayisədə satışlarını 12% artırıb. Bu artım markanın dünya üzrə ən böyük üç mobil telefon istehsalçısından biri kimi mövqeyini möhkəmləndirib.

Ümumi bazarın böyüməsi:
2024-cü ildə mobil telefon bazarı 4% böyüyərək iki il davam edən tənəzzüldən sonra yenidən canlanıb.
Samsung: %19 bazar payı ilə liderliyini qoruyub və satışlarını cəmi %1 artırıb.
Apple: %18 bazar payı ilə ikinci sırada yer alıb, lakin əvvəlki ilə nisbətən iki faiz bəndi itirib.
Xiaomi: %14 bazar payı ilə üçüncü sırada mövqeyini gücləndirib.

Digər istehsalçıların performansı
OPPO: Satışlarında azalma olsa da, 2024-cü ili güclü artımla başa vuraraq dördüncü sırada qərarlaşıb.
vivo: Hindistan və Çin bazarlarında güclü performans göstərərək bu bazarlarda bir nömrəli istehsalçı olub.
Digər istehsalçılar: Huawei, HONOR və Motorola kimi markalar "Digər" kateqoriyasında %8 böyümə göstərib və qlobal bazarın %33-nü təşkil edib.

Xiaomi-nin sürətli böyüməsinin əsas səbəbləri bunlardır:

Mobil telefon portfelinin yenidən təşkili.
Premium məhsul çeşidinin gücləndirilməsi.
Aqressiv genişlənmə strategiyaları.
2025-ci ilin yenilikləri və lansmanlar

Samsung:

Galaxy S25 seriyası yaxın zamanda təqdim ediləcək.
Seriyaya yeni bir model, Galaxy S25 Slim əlavə ediləcək.

Apple:

iPhone 17 Air ilə Apple da super nazik telefonlar strategiyasını izləyəcək.

Xiaomi:

Xiaomi 15 və Xiaomi 15 Pro, 2025-ci ilin mart ayında MWC zamanı qlobal bazara çıxarılacaq.
Redmi 14 seriyası, xüsusilə Meksika və Latın Amerikası bazarlarında uğur qazanacağı gözlənilir.

2024-cü il qlobal mobil telefon bazarı üçün canlanma ilə yadda qalsa da, 2025-ci ilin daha çox yenilik və böyük lansmanlarla dolu olması gözlənilir.

Lalə Qüdrətova
Milli.Az

Chosen
7
milli.az

1Sources