EN

5 manat qoy, daha çox qazan - Onlayn mərc tələsi

Əvvəlcə depozit ödəniş tələb edilir, bank hesabı, kartı nömrəsi göndərilir. Minimum 5 manat ödədikdən sonra qarşı tərəf, müraciət edən şəxsin əvəzinə mərc oyunu oynayır.

Milli.Az xəbər verir ki, söhbət artıq açıq şəkildə qanunsuz qumar, loto və mərc oyunları təklif etməkdən gedir.

Bu fəaliyyətləri həyata keçirənlər sosial şəbəkələrdə səhifələr açaraq, oyunları tanıdan və iştirak etmək üçün əlaqə məlumatlarını paylaşan şəxslərdir. Təəssüf ki, bir çox insan bu tələlərə düşərək, zərər görür.

Mərc oyunu vasitəsilə qazanc əldə etmək və ya qalibiyyəti əldə etməyin adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Bu vəziyyət, həmçinin kiberdələduzluq hallarının yaranmasına səbəb ola bilər.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, quruma sözegedən hallarla bağlı daxil olan hər bir müraciət araşdırılır.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bir daha vətəndaşlara qanunsuz mərc, loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyi tövsiyə edir. 

Milli.Az

Chosen
5
9
milli.az

10Sources