EN

Oskar" mükafatına namizədlərin elan edilməsi yenidən təxirə salındı

Oskar" mükafatına namizədlərin elan ediləcəyi mərasim Kaliforniyada baş verən yanğınlar səbəbindən yanvarın 23-nə təxirə salınıb.

News24.az-ın məlumatına görə, bu barədə "The Variety" məlumat yayıb.

Bildirilir ki, səsvermənin müddəti yanvarın 17-dək uzadılıb (əvvəlcə yanvarın 14-də başa çatması planlaşdırılırdı). Mükafata namizədlər onlayn rejimdə elan ediləcəklər.

Mükafatın təqdimetmə mərasiminin özü hələlik təxirə salınmayıb: mərasim martın 2-də Los-Ancelesdəki "Dolby" teatrında keçirilməlidir.

Xatırladaq ki, bundan əvvəl namizədlərin elan edilməsi mərasimi iki gün - yanvarın 19-na təxirə salınmışdı.\\oxu.az


Chosen
1
1
news24.az

2Sources