Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, Ermənistan ABŞ-la nüvə sahəsində əməkdaşlıq haqqında saziş üzrə danışıqlara başlayır.
RİA Novosti onun sözlərindən sitat gətirir : “Biz ABŞ-la geniş miqyasda 123 sazişi kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başlayırıq” .
Diplomatın sözlərinə görə, bu saziş nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa əsas verəcək.
Bundan əvvəl ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıblar . Daha sonra Ermənistan ABŞ-ın rəhbərlik etdiyi İD-ə qarşı koalisiyaya qoşulacağını bəyan edib .
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz növbəsində Ermənistan və ABŞ-ın strateji tərəfdaşlıq haqqında sənəd imzalamaq qərarını suveren hesab edir.
DOĞRU.AZ