EN

ABŞ-nin Qiymətli Kağızlar Komissiyası Maskı məhkəməyə verib

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (QKBK) İlon Maska qarşı iddia qaldırıb. O, qiymətli kağızlar qanunvericiliyini pozmaqda ittiham olunur.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Vaşinqton dairə məhkəməsinə təqdim edilmiş iddiaya görə, Mask 2022-ci ildə “Twitter”in 5 %-dən çox səhminə sahib olduğunu vaxtında açıqlamayıb. Bununla o, ehtimal ki, məlumatların açıqlanması haqqında qanunu pozub. İddiaçı bildirib ki, sahibkar bu məlumatı gizlətməklə investisiyasını vaxtında açıqlaması ilə müqayisədə daha ucuz qiymətə əlavə səhmlər ala bilib. Bu, multimilyarderə 150 milyon dollardan çox qənaət etməyə imkan verib. O, səhmlərə sahib olduğunu yalnız 4 aprel 2022-ci il tarixində açıqlayıb ki, bu da həmin gün səhmlərin dəyərinin 27 %-dən çox artmasına yol açıb.

QKBK Maskdan qanunsuz əldə edilmiş gəliri qaytarmasını tələb edir, həmçinin mülki cərimənin tətbiq edilməsində və andlı iclasçıların iştirakı ilə məhkəmə araşdırmasının keçirilməsində israr edir.

Xatırladaq ki, ötən ilin sentyabrında Komissiya “Twitter”in alınması ilə bağlı işdə ifadə vermək üçün məhkəməyə gəlmədiyinə görə Maskı “sanksiyalarla” hədələmişdi. Quruma görə, “X”in sahibi öz bəyanatları ilə şirkətin keçmiş rəhbərliyini yanıltmış ola bilərdi.

Chosen
9
2
ikisahil.az

10Sources