EN

Gürcüstanın sabiq Baş naziri Giorgi Qaxariya hücuma məruz qalıb

Gürcüstanın sabiq Baş naziri, müxalif "Gürcüstan naminə" partiyasının lideri Giorgi Qaxariya Batumidə fiziki hücuma məruz qalıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə partiyanın üzvü Natia Mezvrişvili sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, Batumdə "Şeraton" hoteldə fiziki zorakılığa məruz qalan Qaxariya klinikaya yerləşdirilib.

Klinikanın yaydığı məlumata görə, hücum nəticəsində sabiq Baş nazirin burnu sınıb və beyin silkələnməsi var.

Həkim Tako Şantadzenin sözlərinə görə, gecə saatlarında təcili yardım briqadası tərəfindən klinikaya gətirilən Qaxariya huşunu itirib. Onun hemodinamıkasının stabil olduğu və öz istəyi ilə klinikianı tərk etdiyi bildirilib.

İnsidentə görə, "Gürcüstan naminə" partiyası hakim partiyanı günahlandırıb. Natia Mezvrişvili insidentlə bağlı dəlillərin yox edilməyə başlanıldını qeyd edib.

Chosen
6
5
apa.az

6Sources