Operativ müdaxilələrdən sonra fəsadlaşmalar olduqda və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin tam bərpası üçün 15 gündən artıq müddət tələb olunduğu hallarda hərbi qulluqçulara 15 gündən 30 günədək xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
54 | Qida borusunun, bağırsaqların (onikibarmaq bağırsaqdan başqa) və peritonun xəstəlikləri: | |||
a) funksiyaların mühüm dərəcədə pozulması ilə | D | D | D | |
b) funksiyaların mülayim dərəcədə pozulması və tez-tez kəskinləşmələrlə | C | C | C və ya B FƏRDİ | |
c) funksiyaların cüzi dərəcədə pozulması ilə | C | C | B | |
ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda | A-3 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
d) kəskin xəstəlikdən, xroniki xəstəliyin kəskinləşməsindən və ya cərrahi müalicədən sonra müvəqqəti funksional pozulmaları | Ç | Ç | Ç |