EN

Pezeşkiyan: "İran öz regional nüfuzunu qoruyur" - VİDEO

Bu sözləri İran Prezidenti Məsud Pezeşkiyan "NBC News" telekanalınamüsahibəsindədilə gətirib. O vurğulayıb ki, "baş verən hadisələrin Tehranın siyasi-iqtisadi gücünə də təsir göstərməyib".

"Keçən illə müqayisədə ölkə daxilində vəziyyət daha sabit, daha möhkəmik. Nüfuz dairəmiz, təhlükəsizlik gücümüz xüsusilə artıb",- o deyib.

Pezeşkiyan vurğulayıb ki, İranın nüvə obyektləri hədəfə alınarsa, ölkə özünü müdafiəyə hazırdır:

"Əlbəttə, istənilən həmləyə cavab verəcəyik. Müharibədən qorxmuruq, amma müharibəyə meyilli də deyilik. Hər halda, toqquşma baş verərsə, təkcə bizim yox, bütün tərəflər ziyan görəcək".

O, eyni zamanda, diqqətə çatdırıb ki, "Tehranın nüvə silahı yaratmaq niyyəti yoxdur".
İranın Yaxın Şərqə yeni qapısı: PKK

Digər tərəfdən, ötən günlərdə Türkiyə mətbuatı yazmışdı ki, Tehran PKK terror təşkilatına bu ölkəyə qarşı istifadə etməsi üçün 1500 kamikadze tipli pilotsuz uçuş aparatı (PUA) göndərib. Məlumata görə, tərəflər arasında razılaşma İraq ərazisində aparılıb, lakin Türkiyə Silahlı Qüvvələrinin ərazidə güclü nəzarəti səbəbi ilə PUA-lar terrorçulara hələlik təhvil verilməyib. İranın bu addımı onun Yaxın Şərqlə "qopan əlaqəsini" yenidən bu, ya digər terror təşkilatını dəstəkləməklə bərpa etmək cəhdi kimi qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az
Chosen
3
1
azvision.az

2Sources