EN

Azərbaycan qaz ixracını 5,8 faiz artırıb

2024-cü ildə Azərbaycandan Avropaya 12,9 milyard kubmetr, Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində yazıb.

Nazirin sözlərinə görə, bu dövrdə TANAP-la Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 faiz çox olub.

Eyni zamanda, operativ məlumatlara əsasən, 2024-cü ildə neft-kondensat hasilatı 29,1 milyon ton, ixraca nəql edilən həcmlər isə 24,4 milyon ton olub. Əvvəlki illə müqayisədə 2 milyard kubmetr artımla 50,3milyard kubmetr qaz hasil edilib, 25,2 milyard kubmetr qaz isə ixrac olunub.

Chosen
5
3
vergiler.az

10Sources