EN

Çexiyanın Baş naziri Rusiya neftinin tranzitində həlledici məqamı açıqlayıb

Çexiyanın Baş naziri Petr Fiala Trans-Alp Boru Kəmərinin (TAL) neft kəmərinin modernləşdirilməsinin başa çatdığını elan edib. İndi, onun sözlərinə görə, Çexiya Rusiya neftinin idxalından imtina etməyə tamamilə hazırdır.

“Bu, Çexiya üçün həlledici məqamdır, çünki Rusiya artıq bizi (enerji təchizatı ilə-red.) şantaj edə bilməz”, - Fiala (Reuters) bildirib. O qeyd edib ki, kəmərin sertifikatlaşdırılması hələ başa çatmayıb, lakin Çexiya "Drujba" neft kəməri ilə tədarükdə hər hansı bir fasilə yaranarsa, artıq TAL-a arxalana bilər.

Çexiyanın boru kəməri operatoru MERO və İtaliyanın TAL konserni 2023-cü ilin mayında neft kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsinə dair saziş imzalayıb. 

S.ELAY

XQ

Chosen
3
xalqqazeti.az

1Sources