Növbəti qələbələrə doğru! -Fotolar
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində yanvarın 14 - də Qazax rayonunun Qazax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə iki görüşü keçirildi.
Görüşlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi.
Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Yeni Azərbaycan Partiyasının ötən seçkilərdə olduğu kimi qarşıdan gələn bələdiyyə seçkilərinə də böyük qələbə əzmi ilə qatıldığından, Möhtərəm Prezident İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində ölkəmizdəki mövcud sabitlik, sakitlik, təhlükəsizlikdən geniş danışıb, seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində yüksək fəallıq göstərməyə və Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.
Görüşlərdə çıxış edən Seçki Qərargahının üzvləri Məmməd Yusifov, Bəsdi Ələkbərova, Elxan Abdullayev, Ceyhunə Hüseynova, Müqabil Məmmədov, Fərhad Qocamanov, Pəri İbrahimova, şair Cavanşir Rüstəm, partiyanın namizədləri Vüsal İsmayılov, Elçin Nəsibov, Mikayıl Məmmədov və digərləri çıxış edərək ötən müddət ərzində bələdiyyələr tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, bələdiyyələrin inkişafı istiqamətində mühüm addımların atıldığını, bir çox mühüm layihələrin həyata keçirildiyini, əhalinin məşğulluğunun təmin olunmasına və yaşayış məntəqələrində sosial məsələlərin həllinə böyük önəm verildiyini vurğulayıblar. Natiqlər əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması yönümündə qarşıda duran mühüm vəzifələri də diqqətə çatdırıblar.
Yeni Azərbaycan Partiyasının çıxış edən namizədləri soz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz, bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.
Görüşlər zamanı seçicilərdən Əziz Məmmədov, Qasım Əliyev, Elçin Məmmədov, Samir Fərzəliyev, İradə Həsənova və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.