EN

2024-cü ildə smartfon bazarının lideri o OLDU

Amerikanın “Apple” korporasiyası 2024-cü ilin dördüncü rübündə dünya bazarına ən çox smartfon çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Canalys"in hesabatında yazılıb.

Analitiklərin fikrincə, 2024-cü ilin sonunda ABŞ İT nəhəngi qlobal smartfon bazarında lider olub. Onun payı 23 faiz təşkil edib. İkinci yeri Koreyanın "Samsung" şirkəti tutur, onun payı 16 faizə düşüb. İlk üçlüyü 13 faiz pay alan Çin şirkəti "Xiaomi" bağladı . Ekspertlər qeyd ediblər ki, Xiaomi 2024-cü ildə sabit artım göstərən yeganə smartfon istehsalçısı olub.

İlin son rübündə qlobal smartfon bazarı 3 faiz artaraq 330 milyon ədədə çatıb. Bununla belə, artım tempi xeyli aşağı düşüb. 

Türkan İSGƏNDƏRLİ

Chosen
7
1
redaktor.az

2Sources