EN

Rusiya azərbaycanlı generalı Bakıya nümayəndə TƏYİN ETDİ

Dağıstanın Bakıdakı nümayəndəliyinə yeni rəhbər təyin edilib.

Apress.az-ın məlumatına görə, bu barədə qərarı Dağıstanın rəhbəri Sergey Məlikov imzalayıb.

Qərara əsasən, Rusiya Qvardiyasının general-mayoru Əliyar Tanrıverdi oğlu Abdullayev respublikanın Bakı üzrə nümayəndəliyinə rəhbərlik edəcək.

Abdullayev Rusiya Milli Qvardiyasının Volqa dairəsi komandirinin müavini vəzifəsində çalışıb. Onun etnik azərbaycanlı olduğu bildirilir.

Chosen
1
7
apress.az

8Sources