Ötən gün Tərtər rayonunun Qaradağlı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Yanğın baş verən ev Birinci Qarabağ müharibəsi şəhidi Vəli Abbasovun ailəsinə məxsusdur.
Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.
Qeyd edək ki, Abbasov Vəli Tapdıq oğlu 1992-ci il aprelin 11-dəAğdərə rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Anar Kəlbiyev
Mənbə: unikal.az