EN

Azərbaycanın qadın boksçuları ilin ilk hazırlığına başlayıblar

Qadın boksçulardan ibarət Azərbaycan millisi ilin ilk hazırlığına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma Şəkidə təlim-məşq toplanışındadır. Əsas diqqət idmançıların ümumi fiziki hazırlığına yönələcək. Məşqlərdə 8 boksçu iştirak edir.

Hazırlıq prosesi yanvarın 25-də başa çatacaq.

Chosen
1
8
report.az

9Sources