EN

“Abşeron-Şərab” gömrük qaydalarını belə pozur

“Abşeron-Şərab” ASC ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, şərab istehsalçısının İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Abşeron-Şərab”la bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 21 yanvar tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnəsi gözlənilən “Abşeron-Şərab” ASC-nin İdarə Heyətinin sədri Xəlil İsmayılovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Chosen
15
tribunainfo.az

1Sources