Onun sözlərinə görə, son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib:
Pensiya artımları niyə fevral ayında ödəniləcək? |
Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artılıb. Aşağı pillələrdə daha yüksək əmək haqqı artımlarının həyata keçirilməsi VTC-də pillər arası maaş fərqlərini də xeyili dərəcədə azaldılıb.
Yeni qərarla 400 mindən artıq vətəndaşımızın maaşları artırıldı. Qeyd edək ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əmək haqqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğ ilə alacaqlar".
Həmidə İbrahimova
AzVision.az