EN

Məşhur otelin pulunu mənimsəyən gəncin sevgilisi ifadə verdi: bahalı hədiyyələr alıb, böyük məbləğdə...

“Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı İntizam oğlu Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Günel Musayeva ifadə verib.

Şahid bildirib ki, Dünyamalı Qarayevlə nişanlı olublar: "Asan xidmətdə ərizələri olub. Amma Dünyamalı tutulduğu üçün bu rəsmiləşmədi. Bir birimizə qaraçı münasibətlərimiz normal olub".

Dövlət ittihamçısı şahidin diqqətinə çatdırıb ki, oteldə gələn gəliri Dünyamalı Qarayev ona xərcləyib. Dövlət ittihamçısı şahiddən bahalı telefonları haradan aldığını soruşub.

Şahid deyib ki, indi 300 manat əməkhaqqı alan şəxslərdə bahalı telefon işlədir.

Dövlət ittihamçısı diqqətə çatdırıb ki, Dünyamalı Qarayevin əməkhaqqını 700 manat olub. Dövlət ittihamçısı pulları haradan alınması ilə bağlı suallara şahid belə cavab verib: "Dünyamalı evin tək uşağı olub. Valideynləri pul göndərib, o da pulu xərcləyib".

Dövlət ittihamçısı Dünyamalı Qarayevin Günel Musayevaya bahalı hədiyyələr alması barədə soruşub. Şahid isə suallara cavab verə bilməyib.

Daha sonra dövlət ittihamçısı şahidlə təqsirləndirilən şəxs arasında olan SMS-ləri oxuyub. Həmin SMS-lərdən məlum olub ki, Dünyamalı Qarayev şahidə bahalı hədiyyələr alıb, hər ayda böyük məbləğlərdə pullar verib.

Dövlət ittihamçısı 3 min manat pul verməsi barədə soruşub. O da ifadəsində deyib ki, sevgilisidir, veribdir. Dövlət ittihamçısı şahidin diqqətinə çatdırıb ki, Dünyamalı Qarayev otelin sahibi yox, xəzinədarı olub. Dövlət ittihamçısı həmçinin deyib ki, Dünyamalı Qarayev sevgilidən çox inkassatora oxşayor. Şahid də cavab olaraq "ola bilər" deyə cavab verib.

Dövlət ittihamçısı şahidin diqqətinə çatdırıb ki, lüks həyat yalayıbsiz, bahalı hədiyyələr alıbsiz, oteldən gələn pulların bunların hamısı.

Daha sonra şahid qismində Arif Mehdiyev ifadə verib. O, təqsirləndirilən şəxsi tanıdığını deyib. Şahid qeyd edib ki, oteldə işləyib, Dünyamalı adlı şəxsin oteldə mənimsəməyə yol verdiyini eşidib. Şahid qeyd edib ki, Dünyamalı Qarayevi işlədiyi dövrdə cəmi iki dəfə görüb, onun maliyyə şöbəsində işlədiyini bilib.

Chosen
6
2
publika.az

3Sources