EN

İqlim diplomatiyasında dönüş nöqtəsi

Bu gün həyatımızda baş verənlər, görülən işlər, gerçəkliklər göz önündədir. Çünki yaşadığımız dövr, zəmanə reallıqlar dünyasıdır. Prezident İlham Əliyevin ötən onilliklərdə həyata keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirdi. Hazırda ölkəmiz regionun iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin həm təşəbbüskarı, həm də icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, vətəndaşlara rifah gətirir.

Ölkəmizdə COP29 kimi mötəbər tədbir öz işini yüksək səviyyədə başa vurdu. Tədbirin yekununda bəşəriyyətin gələcəyi naminə verilmiş tarixi qərarlar dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu bir daha nümayiş etdirdi. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan dünya tarixinin ən möhtəşəm tədbirlərindən birinin sədri kimi üzərinə götürdüyü mühüm vəzifələrin öhdəsindən gələ bildi, Qlobal Şimalla Qlobal Cənub arasında ortaq nöqtələrin bir araya gətirilməsi, əvvəllər mümkün olmayan qərarların razılaşdırılması sahəsində nailiyyətlər əldə etdi. 2035-ci ilə qədər iqlim dəyişikliyindən ziyan çəkən inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqqında yekun qərarın qəbul olunmasında ölkəmizin və onun qüdrətli liderinin qətiyyətli mövqeyi xüsusi qeyd edilməlidir

Prezident İlham Əliyev "Yaşıl dünya naminə həmrəylik" şüarını dünya miqyasında səsləndirərək birləşdiricilik və qlobal liderlik qabiliyyətlərini bir daha yüksək səviyyədə nümayiş etdirdi. COP29 sədrliyinin fəaliyyət gündəliyində irəli sürülən və addım-addım reallaşdırılan qlobal təşəbbüslərin məqsədi sinerjini, əlaqəliliyi və yüksək təsiri təmin etməklə iqlim fəaliyyətlərini sürətləndirməkdən, bütün maraqlı tərəfləri ortaq məxrəcə gətirərək iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaqdan ibarət olmuşdur. Xüsusilə iqlimlə bağlı maliyyə resurslarının formalaşdırılması və paylanması, "yaşıl enerji" üzrə zona və dəhlizlərin yaradılması, hidrogenlə, rəqəmsallaşdırılmaqla, su və torpaqlarla bağlı məsələlər, davamlı və sağlam şəhərlər, turizm üçün iqlim fəaliyyətləri, biomüxtəliflik və yaşıl örtük problemləri bütün dünyada olduğu kimi, Azərbaycan və onun yerləşdiyi region üçün də aktuallığı ilə seçilmişdir. COP29 tədbirinin aktual mövzularından biri də insan kapitalı ilə bağlı olmuşdur. Çünki dayanıqlı inkişafda insan kapitalı çox mühüm rol oynayır və bu sahəyə diqqət cəmiyyətin həm balanslı, həm də ardıcıl tərəqqisini təmin edir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nailiyyətləri sırasında bu gün tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycanda təbii resursların insan kapitalına çevrilməsi dövlətin ən mühüm hədəflərindən elan edilib. Bu da respublikamızın strateji planda gələcəyə yüksək həssaslıqla hazırlığından irəli gəlir.

İqtisadiyyatın diversifikasiyası, beynəlxalq əməkdaşlıq və daxili sabitlik məsələləri respublikamızın beynəlxalq nüfuzunu artıran tendensiyaların davam etməsində mühüm rol oynayır. Belə bir fəaliyyət isə milli maraqlarımızın qorunması və ölkəmizin qlobal proseslərdə daha da aktiv iştirak imkanlarını genişləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu proses bundan sonra da davam edəcəkdir.

Alvina Həsənova,
​264 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi

Chosen
7
ikisahil.az

1Sources