Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən Embavud MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstünün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Axar.az xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Asif Məcidov bildirib.
O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisənin istehsalat sahəsindən atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib:
“Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxs qismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür”.