Popşoy vurğulayıb ki, Polşa, Aİ-yə sədrliyi dövründə, Moldovanın üzvlük prosesinə tam açıq dəstək göstərir.
"Biz Xarici İşlər Nazirliyində, parlamentdə, hökumətdə və prezident aparatında bütün Avropa ölkələri ilə sıx əlaqələri qorumaq üçün çalışacağıq," - deyə o qeyd edib.
Nazir əlavə edib ki, Avropa ölkələrinin daimi dəstəyi Moldovanın inteqrasiya prosesinin növbəti mərhələlərində həlledici rol oynayacaq.
Bundan öncə Kişinyovda ölkədə yaxın zamanda iqtisadi kollaps riski barədə xəbərdarlıq edilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31