EN

Azərbaycanda 32 milli texniki reqlament layihəsi hazırlanıb

Bakı, 15 yanvar, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövləti Xidməti və aidiyyəti dövlət orqanlarının birgə fəaliyyəti nəticəsində 2024-cü ildə ölkədə 32 milli texniki reqlament layihəsinin hazırlanması və ekspertizası həyata keçirilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu reqlamentlərdə müəyyən edilmiş əsas tələblərdən irəli gələn 52 istinad edilmiş standartın qəbul edilməsi, 59-nun isə beynəlxalq tələblərə uyğunlaşdırılması təmin edilib.

Milli texniki reqlamentlərin qəbulu məhsul, xidmətlərin keyfiyyət və təhlükəsizliyinin tənzimlənməsi, əhalinin həyat və sağlamlığının qorunması, biznes mühitində rəqabətqabiliyyətliliyin artırılmasında mühüm rol oynayacaq.

 

Chosen
8
1
azertag.az

2Sources