EN

Rusiya-İran yeni müqaviləsi hərbi ittifaqı istisna edir

Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişində hərbi ittifaqın yaradılması nəzərdə tutulmayıb. “TASS” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, Moskva ilə Tehran arasında razılaşma hərtərəfli və hər şeyi əhatə edir. O, ikitərəfli münasibətlərin bütün aspektlərini, ilk növbədə, iqtisadiyyat və ticarəti əhatə edir.

Əraqçi vurğulayıb ki, saziş təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı ehtiva etsə də, ölkələr hərbi ittifaq yaratmaq niyyətində deyil.

Yanvarın 14-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva ilə Tehran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin 20 il müddətinə bağlanacağını açıqlayıb.

Yanvarın 17-də Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında danışıqlar baş tutacaq. Gözlənilir ki, iki ölkə liderləri Rusiya və İran arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini, o cümlədən ticarət-sərmayə, nəqliyyat-logistika və humanitar sahələrdə, eləcə də regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə edəcəklər. Putin və Pezeşkian həmçinin 47 maddədən ibarət və ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edən hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayacaqlar.

Almaz Həsənli

Chosen
6
oxumeni.az

1Sources