Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Bildirilib ki, səfər əş-Şaraanın Suriyanın yeni parlamenti tərəfindən dövlət başçısı seçilməsindən sonra baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl də Türkiyə mediası əş-Şaraanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayıb.
Xatırladaq ki, bu gün Suriyanın yeni hökümətinin xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat rəhbərləri Türkiyəyə səfər edəcək.
Daşqın HəsənovMissiya.Az