RU

Suriyanın yeni hakimiyyətinin lideri Türkiyəyə səfər edəcək

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şaraa ilk xarici səfərini Türkiyəyə etməyi planlaşdırır.

Missiya.Az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Bildirilib ki, səfər əş-Şaraanın Suriyanın yeni parlamenti tərəfindən dövlət başçısı seçilməsindən sonra baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl də Türkiyə mediası əş-Şaraanın yaxın günlərdə Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayıb.

Xatırladaq ki, bu gün Suriyanın yeni hökümətinin xarici işlər naziri, müdafiə naziri və kəşfiyyat rəhbərləri Türkiyəyə səfər edəcək.

 

Daşqın HəsənovMissiya.Az

 

Избранный
7
missiya.az

1Источники