ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə ən məşhur üç milyarder gələcək.
Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Bildirilir ki, “Tesla” və “SpaceX”in qurucusu İlon Mask, “Amazon”un yaradıcısı Ceff Bezos, həmçinin “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq andiçmə mərasimində olacaqlar
Telekanalın qeyd etdiyi kimi, Mask Trampın seçki kampaniyasına 250 milyon dollardan çox ianə verib. Aydın olur ki, “Meta” və “Amazon” siyasətçinin inauqurasiya fonduna hər biri 1 milyon dollar ayırıb. “Bloomberg”in milyarderlər indeksində Mask birinci, Bezos ikinci, Zukerberq isə üçüncüdür. Yanvarın 13-nə onların ümumi sərvəti 885 milyard dollar təşkil edib.